“Şamaxı” “Qarabağ”ı, “Turan Tovuz” “Kəpəz”i məğlub etdi
05.02.2026 , 20:55
Bu gün Azərbaycan kubokunda 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Qarabağ” “Şamaxı”nın qonağı olub. Görüş Ağdam klubunun məğlubiyyəti ilə bitib.
Günün 2-ci matçında isə “Turan Tovuz” “Kəpəz”i qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0.
Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar
5 fevral
14:30. “Şamaxı” – “Qarabağ” – 2:1
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Şamaxı şəhər stadionu
19:00. “Turan Tovuz” – “Kəpəz” – 1:0
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
“Azərsun Arena”