“Şamaxı” “Qəbələ” ilə heç-heçə etdi
14.10.2022 , 17:55

Bu gün Misli Premyer Liqasında X tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Bu mövsüm qələbəsi olmayan “Şamaxı” evdə “Qəbələ”ni qəbul edib. Görüşə 1:1 hesablı heç-heçə ilə bitib.
Turun digər görüşləri 15 və 16 oktyabrda olacaq.
Azərbaycan Premyer Liqası
X tur
14 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu
