“Şamaxı” onunla müqavilə yenilədi
14.06.2024 , 23:20
“Şamaxı” növbəti mövsüm üçün heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, geridə qalan mövsümdə komandanın kapitanı Emin Zamanovla yeni müqavilə imzalanıb.
Yarımmüdafiəçi daha bir il “Şamaxı” forması geyinəcək.