“Şamaxı” məğlub oldu
18.01.2023 , 18:04

“Şamaxı” Antalyadakı hazırlıq toplanışında bu gün sonuncu yoxlama görüşünü keçirib.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi Serbiyanın “Napredak” klubu ilə qarşılaşıb. Matç rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
“Şamaxı” əvvəlki matçlarında “Kaysar”la 0:0 heç-heçə edib, “Botoşani” (0:1) ilə görüş isə 67-ci dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb.
