“Şamaxı” legionerini göndərdi
26.05.2025 , 17:50

“Şamaxı” futbolçusu Brahim Konate ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. O, 2024-cü ilin yayından “Şamaxı”da oynayırdı.
Bölgə təmsilçisi fransalı futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
