“Qarabağ”dan xal itkisi
28.11.2022 , 20:53
Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki qarşılaşması baş tutub.
Korner.az xəbər verir ki, günün ilk matçında “Şamaxı” evdə “Kəpəz”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Günün digər oyununda lider “Qarabağ” Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə”ni sınağa çəkib. “Azərsun Arena”da oynanılan qarşılaşmada hesab açılmayıb – 0:0.
Azərbaycan Premyer Liqası
XV tur
28 noyabr
14:00. “Şamaxı” – “Kəpəz” – 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
Şamaxı şəhər stadionu
19:00. “Qarabağ” – “Zirə” – 0:0
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Cəmil Quliyev, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
“Azersun Arena”