“Şamaxı” “Kəpəz”ə, “Zirə” “Sumqayıt”a qalib gəldi
20.04.2025 , 21:30

Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, “Şamaxı” “Kəpəz”i qəbul edib. Görüş ev sahibi komandanın qələbəsilə başa çatıb – 2:1.
“Zirə” isə doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv matçdan qalib ayrılıb – 3:1.
16:30 “Şamaxı” – “Kəpəz” 2:1
Qollar: Alfons Msanqa, 27 (1:0), Luis Paçu, 35 (1:1), Brahim Konate, 66 (2:1)
Qırmızı vərəqə: Maykl Tuik, 85 (“Şamaxı”)
Şamaxı şəhər stadionu
Baş hakim:Cavid Cəlilov
19:00 “Zirə” – “Sumqayıt” 3:1
Qollar: Papunaşvili, 6 (1:0), Martins Juniyor, 45+1 (2:0), Bobir Abdixolikov, 52 (2:1), Salifu Suma, 89 (3:1)
Bakı, Zirə İdman Kompleksinin stadionu
Baş hakim:Rauf Cabarov
