“Qarabağ” “Zirə” ilə heç-heçə etdi
21.04.2023 , 21:55
Bu gün Azərbaycan Premyer Liqasında XXXI tura start verilib..
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub..
Açılış oyununda “Şamaxı” azarkeşləri önündə “Kəpəz”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Günün digər matçında lider “Qarabağ” “Zirə”ni qəbul edib. Oyun 2:2 hesabla yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXXI tur
21 aprel
16:00 “Şamaxı” – “Kəpəz” – 1:1
Şamaxı şəhər stadionu
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
20:00 “Qarabağ” – “Zirə” – 2:2
Qollar: Marko Yankoviç, 54, Ramil Şeydayev, 59 – Hamidu Keyta, 62, Vladislav Kulaç, 65
“Azərsun Arena”
Hakimlər: Kamranbəy Rəhimov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev