“Şamaxı” “İmişli”ni, “Sumqayıt” “Qəbələ”ni məğlub etdi
07.11.2025 , 18:38
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.
Korner.az xəbər verir ki, “Zəfər Turu” adlandırılan turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “İmişli”ni qəbul edəcək. Daha sonra “Qəbələ” doğma arenada “Sumqayıt”la üz-üzə gələcək.
Azərbaycan Premyer Liqası
XI tur
7 noyabr
13:44. “Şamaxı” – “İmişli” – 1:0
Baş hakim: Rauf Cabarov
Şamaxı şəhər stadionu
16:44. “Qəbələ” – “Sumqayıt” – 0:2
Baş hakim: Rəşad Əhmədov
Qəbələ şəhər stadionu