“Şamaxı” ikinci sınağında qələbə qazandı
21.07.2024 , 09:36

“Şamaxı” yay təlim-məşq toplanışında ikinci yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, “Pelikan”la qarşılaşan Premyer Liqa təmsilçisi 5:0 hesabı ilə qalib gəlib.
“Şamaxı”nın heyətində Conatan Benteke, Ramin Əhmədov, Belajdi Pusi və Elşad Tağıyev (2) fərqlənib.
