“Şamaxı” bu futbolçunu göndərdi
22.10.2022 , 15:47

“Şamaxı” futbolçusu Pərviz Azadovla yollarını ayırıb.
Korner.az xəbər verir ki. bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Pərviz Azadov 2019-cu ildən “Şamaxı”nın əsas komandasında çıxış edirdi.
