“Şamaxı” – “Araz-Naxçıvan” matçını yayımlayacaq kanal dəyişdi
15.05.2025 , 14:39

Azərbaycan Premyer Liqasının 35-ci turu çərçivəsində keçiriləcək “Şamaxı” – “Araz-Naxçıvan” oyunu İdman TV vasitəsilə canlı yayımlanacaq.
Korner.az xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” klubu məlumat yayıb.
Bildirilib ki, PFL bu görüşün yayım hüququnu İdman TV-yə verib. Mayın 17-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq.
CBC Sport həmin gün eyni saatda start götürəcək “Zirə” – “Sabah” və “Sumqayıt” – “Turan Tovuz” oyunlarını canlı yayımlayacaq. Bu səbəbdən “Şamaxı” – “Araz-Naxçıvan” matçı İdman TV-də nümayiş olunacaq.
