“Seltik”in sabiq hücumçusu Georqios Samaras “Vest Bromviç”ə keçib.
Korner.az-ın məlumatına görə, 29 yaşlı yunanıstanlı futbolçu yeni komandasıyla 2 illik müqavilə imzalayıb. Samaras “Vest Bromviç”ə havayı başa gəlib. O, son 7 mövsümü Şotlandiyada keçirib.
Daha əvvəl isə İngiltərənin digər klubu “Mançester Siti”də oynayıb.
