“Şalke”nin sabiq futbolçusu paytaxt klubunda baxışdadı
21.01.2019 , 10:18

Antalyada təlim-məşq toplanışında olan “Səbail” klubunun düşərgəsində iki yeni futbolçu yer alıb. Paytaxt təmsilçisi serbiyalı müdafiəçi İqor Ristivoyeviç və rusiyalı hücumçu Aleksey Qasilini baxışdan keçirir.
Ristivoyeviç son olaraq ölkəsinin yüksək liqasında çıxış edən “Maçva” klubunun formasını geyinib. 31 yaşlı müdafiəçi “dənizçilər” də qalmaq üçün özünü yaxşı tərəfdən göstərməlidir
Aleksey Qasilin isə peşəkar karyerasına “Zenit” klubunda başlayıb. Sankt-Peterburq təmsilçi onu 2015-ci ildə Almaniyanın “Şalke” klubun icarəyə verib. Hücumçu Almaniya klubunun ikinci komandasının heyətində 33 oyunda iştirak edib və 14 qolla yadda qalıb. Forvar daha sonra doğma klubuna qayıdıb. O, 2017/18 mövsümünü “Amkar”ın heyətində keçirib. Qasilinin sonuncu klubu Portuqaliyanın ikinci liqa təmsilçisi “Akademika” olub.
Qeyd edək ki, “Səbail” qış transfer dönəmində milli komandamızın keçmiş üzvü Elvin Yunuszadə ilə müqavilə imzalayıb.
Mənbə: Futbol11.az
