“Şalke”nin futbolçusu Premyer Liqa klubunda
22.01.2020 , 21:13

“Nyukasl” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Şalke”dən Nabil Bentalebi transfer edib. Yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında klubun formasını geyinəcək.
“Nyukasl” mövsümün sonunda Bentalebin transfer hüquqlarına sahib ola bilər.
