“Şalke”dən yeni transfer
20.01.2021 , 16:57

“Şalke” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”ın hücumçusu Klaas-Yan Huntelaarı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
