“Şalke”nin futbolçusu Yulian Draksler ilin sonuna qədər zədə səbəbilə oynaya bilməyəcək.
Korner.az-ın məlumatına görə, 21 yaşlı xabvek bundesliqanın “Auqsburqla” (1:0) oyununda 20-ci saniyədə zədə alıb.
“Şalke”nin idman direktoru Xorst Xeldtin məlumatına görə yarımmüdafiəçi bud əzələsindən zədə alıb. Birinci dövrənin sonuna qədər oynamayacağı dəqiqdir.
Bu mövsüm Draksler 8 oyunda 2 qol vurub və 2 ötürmə edib.
