Almaniyanın "Şalke 04" klubunun rəhbərliyi və azarkeşləri ZDF boykot etmək qərarına gəlib.
Korner.az-ın məlumatına görə, buna səbəb məşhur kanalın klubun Çempionlar Liqasındakı oyunlarını açıq yayıma verməməsidi.
Belə ki, Almaniyada Çempionlar Liqasının oyunlarını açıq yayımlamaq hüququ ZDF-ə məxsusdu. Kanal isə paralal keçirilən "Borussiya" və "Şalke 04" oyunları arasında birincilərə üstünlük verir. Dortmund təmsilçisinin ardıcıl iki matçını açıq kanal vasitəsi ilə yayımlayan ZDF qrup mərhələsinin son turunda da bu komandanın oyununu proqramına salıb. Bu
Dekabrın 11-də "Bazel"lə qrupdan çıxmaq uğrunda oyuna çıxacaq "Şalke 04"ün bir oyununun belə açıq kanalla yayımlanmaması kanal və klub rəhbərliyi arasında gərginliyə səbəb olub. ZDF rəhbərliyi "Borussiya"nın oyunlarının daha çox reytinq topladığını bildirərək özlərinə haqq qazandırırlar. bu səbəbdən klub kanalı boykot etmək qərarına gəlib. Belə ki, həftəsonu keçirilən "Ştutqart"la oyundan sonra "Şalke 04"ün heç bir rəsmisi və futbolçusu ZDF-ə müsahibə verməyib.
