Salai “Kasımpaşa”dan ayrıldı, Polşaya gedir
27.01.2026 , 13:45
İstanbulun “Kasımpaşa” klubu müdafiəçi Attila Salai ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Macarıstanlı oyunçu karyerasını Polşada davam etdirəcək və icarə əsasında “Poqon” klubuna qoşulacaq. Hal-hazırda Salainin hüquqları Almaniyanın “Hoffenhaym” klubuna məxsusdur.