Məhəmməd Salahın meneceri Rami Abbas İspaniya mətbuatının misirli futbolçunun “Barselona”ya təklif olunması ilə bağlı yazdıqlarına münasibət bildirib.
O, şəxsi “Twitter” hesabından verdiyi açıqlamada “AS” nəşrinin 25 yaşlı forvard haqda yaydığı xəbəri təkzib edib:
“Belə bir şey heç vaxt olmayıb. Görünür, “AS” nəşrinə daha etibarlı mənbələr lazımdır”.
Qeyd edək ki, Salah “Liverpul”da qalmaq istəyini söyləsə də, adı hələ də bəzi Avropa nəhəngləri ilə yanaşı hallanır.
