“Roma”nın idman direktoru Monçi ötən ilin yayında Məhəmməd Salahı “Liverpul”a çox aşağı qiymətə satdıqları barədə fikirlərə münasibət bildirib. Futbol funksioneri İtaliya mətbuatına açıqlamasında həmin vaxt misirli futbolçunu satmalı olduqlarını deyib:
“Neymar və Mbappenin keçidi transfer bazarını çox dəyişdi. Ancaq həmin vaxt Salahı satmalıydıq. Düzdü, daha yüksək qiymətə sata bilərdik, lakin həmin vaxtın şərtləri bunu tələb edirdi. Azarkeşləri başa düşürük. Onlar rəqəmlər yox, uğurlar barədə danışmaq istəyirlər. Ancaq biz də təkcə qazanmaq barədə düşünmürük. Əlbəttə, fanatlar söz yox, nəticə istəyirlər. Onları başa düşürəm, lakin bizə inanmalarını istəyirəm”.
Salah ötən ilin yayında “Roma”dan “Liverpul”a 42 milyon avro qarşılığında transfer olunub. Misirli yarımmüdafiəçi “qırmızılar”a keçdikdən sonra öz oyununu bir xeyli inkişaf etdirib. O, cari mövsümdə şans qazandığı 36 matçda 30 qola imza atıb.
