Salahdan yeni rekord
05.12.2024 , 15:30
“Liverpul”un futbolçusu Məhəmməd Salah yeni rekorda imza atıb.
Korner.az xəbər verir ki, o, buna İngiltərə Premyer Liqasının 14-cü turunda “Nyukasl”la matçda (3:3) nail olub.
32 yaşlı hücumçu görüşdə dubl edib və məhsuldar ötürmə verib.
Salah İngiltərə çempionatlarında həm qol vurduğu, həm də qol ötürməsi etdiyi matçların sayını 37-yə çatdırıb.