Salahdan het-trik, “Liverpul”dan darmadağın
08.12.2018 , 18:42

İngiltərə Premyer Liqasında 16-cı tura start verilib
Turun açılış oyununda “Liverpul” səfərdə “Bornmut”un qonağı olub. Görüş Yurgen Kloppun komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Mersisaydlıların heyətində Məhəmməd Salah het-trik edib.
Qeyd edək ki, bu qələbədən sonra xallarını 42-yə çatdıran “Liverpul” turnir cədvəlində liderliyə yüksəlib. Rəqibindən 1 oyun az keçirən “Mançester Siti” isə 41 xalla 2-cidir. 33 xallı “Tottenhem” isə üçünü sırada qərarlaşıb.
Xatırladaq ki, tura sabah və biri gün keçiriləcək oyunlarla yekun vurulacaq.
İngiltərə Premyer Liqası, 16-cı tur
8 dekabr (şənbə)
“Bornmut” – “Liverpul” – 0:4
Qollar: Məhəmməd Salah, 25 (0:1), 48 (0:2), 77 (0:4), Stiv Kuk, 68-avtoqol (0:3)
