Salah və Firminyo “Barselona” ilə matçı buraxa bilər
05.05.2019 , 11:15

“Liverpul” klubunun çalışdırıcısı Yurgen Klop zədəli futbolçuları ilə bağlı danışıb.
Almaniyalı baş məşqçi “Nyukasl” ilə görüşdə zədələnən Salah və Roberto Firminyonun vəziyyətini dəyərləndirib.
“Salahı “Barselona” ilə oyuna qədər hazır etməyə çalışacağıq. Hazırda vəziyyətinin necə olacağını gözləyirik. Firminyo isə çətin ki, çərşənbə axşamı meydana çıxa bilsin”.
Qeyd edək ki, “Nyukasl” ilə görüşdə zədələnən Məhəmməd Salah meydanı xərəkdə tərk edib.
