Salah Premyer Liqada yeni rekorda imza atdı
03.11.2025 , 19:50
“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salah növbəti əlamətdar uğur qazanıb.
Korner.az xəbər verir ki, 33 yaşlı misirli futbolçu Premyer Liqanın 10-cu turunda “Aston Villa”ya qol vuraraq çempionatdakı məhsuldarlığını 279-a çatdırıb (190 qol və 89 assist).
Beləliklə, Salah “Çelsi”nin əfsanəsi Frenk Lempardın göstəricisinə (177 qol və 102 assist) bərabərləşib. Hazırda yalnız Ueyn Runi (311 məhsuldarlıq) və Alan Şirer (324 məhsuldarlıq) ondan öndədir.
Eyni zamanda, bu qolu onun “Liverpul”dakı bütün turnirlər üzrə vurduğu 250-ci qol kimi tarixə düşüb. Misirli hücumçu 2017-ci ildən Mersisayd klubunun formasını geyinir.