Salah milliyə çağırılmayacaq
07.02.2019 , 17:53

“Liverpul”un futbolçusu Məhəmməd Salah mart ayında Misir millisinə çağırılmayacaq.
Misir Futbol Federasiyası 26 yaşlı yarımmüdafiəçiyə istirahət verməyə qərarına gəlib. Beləliklə, o, Afrika Millətlər Kubokunun seçmə mərhələsində martda keçiriləck Nigeriya (22 mart) və Nigerlə (26 mart) oyunları buraxacaq.
Qeyd edək ki, Misir yığması turnirin final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
