Salah: “Mançester Siti”nin xal itirməsini gözləməliyik”
15.04.2019 , 18:07

“Liverpul”un misirli futbolçusu Məhəmməd Salah çempionluq şanslarını dəyərləndirib.
“Çelsi” ilə görüşdə fanstasik qol vuraraq komandasının qələbəsində pay sahibi olan Salah gözləməli olduqlarını deyib.
“İndi biz “Mançester Siti”nin xal itirməsini gözləməliyik. Biz isə bütün görüşlərdə qələbə qazanmalıyıq. Məncə çempion olacağıq.”
Qeyd edək ki, Məhəmməd Salah Serxio Aqüero ilə birlikdə Premyer Liqada bombardirlik yarışı uğrunda mübarizə aparır. Hər iki futbolçunun aktivində 19 qol var.
