“Liverpul”un əfsanəsi Stiven Cerrard bu komandanın hücumçusu Məhəmməd Salah barədə danışıb. Cerrard Salahın hazırda dünyanın ən yaxşı futbolçusu olduğunu qeyd edib. O, misirli futbolçunu Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə etməyin gərəksiz olduğunu deyib:
“Salah hazırda karyerasının ən yaxşı dönəmini yaşayır. Onu Ronaldo və Messi ilə müqayisə etmək çox çətindi. Heç buna gərək də yoxdu. Onlar ildən-ilə möhtəşəm olublar. Salah isə məhz indi dünyanın ən yaxşı futbolçusudu”.
“Liverpul” Çempionlar Liqasının yarımfinalının ilk oyununda “Roma”ya 5:2 hesabı ilə qalib gəlib. Salah həmin oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.
