Salah “Liverpul”un yeni transfer siyasətindən narazıdır
11.12.2025 , 16:45
“Liverpul”un aparıcı hücumçusu Məhəmməd Salah klub rəhbərliyindən narazılıq hissi keçirir.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb komandanın yeni transferi Florian Virtsə xüsusi diqqət ayrılmasıdır. Alman yarımmüdafiəçi yay transferində “Bayer”dən Mersisayd təmsilçisinə qatılıb və klub tarixində ən yüksək məbləğə başa gələn oyunçu kimi qeyd olunub. Rəhbərlik onu “komandanın gələcək lideri” kimi təqdim edir.
2017-ci ildə “Liverpul”a qoşulan və 33 yaşında olan Salah bu müddət ərzində Premyer Liqa, Çempionlar Liqası, ölkə kubokları və Klublararası dünya çempionluğu kimi bir çox uğura imza atıb. Misirli futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi davam edir.