Salah “Liverpul”dan ayrılır?
14.01.2025 , 15:15
“Liverpul”un hücumçusu Məhəmməd Salah komandasından ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçunun mövsümün sonunda London nəhəngini tərk edəcəyi gözlənilir.
Bu barədə xarici KİV məlumat yayıb.
Yayılan xəbərə görə, misirli oyunçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Salah bu ölkənin klublarından biri ilə razılığa gəlib. Hələlik həmin klubun adı məlum deyil.
32 yaşlı forvard bu mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 28 oyun keçirib, 21 qol vurub və 17 məhsuldar ötürmə edib.