Salah: “Hər qələbədən sonra çılğın şəkildə…”
01.04.2019 , 12:46

İngiltərə çempionatını 32-ci turunda doğma meydanda “Tottenhem” klubunu son dəqiqələrdə məğlub edən “Liverpul” klubunun futbolçusu Məhəmməd Salah görüşlə bağlı fikirlərini bölüşüb.
Misirli futbolçu çempion olmaq üçün əllərindən gələn hər şeyi edəcəklərini deyib.
“Azarkeşlərimiz çempion olmağımızı istəyirlər. Ona görə də hər qələbədən sonra çılğın bir şəkildə qələbəni qeyd edirlər. Çempion olmaq üçün bütün oyunları qələbə ilə bitirmək lazımdır.”
