Salah düşərgəni tərk etdi
22.01.2024 , 11:45

Afrika Millətlər Kubokunun qrup mərhələsinin 2-ci turunun Qana ilə oyununda (2:2) zədələnən Məhəmməd Salah millinin düşərgəsini tərk edib.
Korner.az-ın məlumatına görə, zədəsi ciddi olan Salah “Liverpul”a dönüb. O, bərpa prosessini İngiltərədə keçəcək.
Bu barədə klubun baş məşqçisi Yurgen Klopp İngilərə mətbuatına açıqlamasında deyib.
