Salah Afrikanın ən yaxşısı seçildi
09.01.2019 , 11:51

Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum olub.
“Liverpul”un hücumçusu Məhəmməd Salah ardıcıl ikinci dəfə ən yaxşı adına layiq görülüb. Salah “Liverpul”dakı seneqallı komanda yoldaşı Sadio Mane və “Arsenal”ın qabonlu hücumçusu Pyer-Emerik Obameyanqı qabaqlayıb.
Ən yaxşı gənc futbolçu isə “Borussiya”dan mərakeşli müdafiəçi Əşrəf Hakimi seçilib.
