İtaliya millisinin sabiq baş məşqçisi Arriqo Sakki gələn mövsümdən “Bavariya”nı çalışdıracaq həmyerlisi haqda fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, Almaniyanın “Bild” nəşrinə danışan Sakki həmkarını tərifləyib.
“Karlo çətinliyin nə olduğunu bilmir. O, hətta komandasında 11 qapıçı olsa da, qalib gələ biləcək məşqçilərdəndir”, – deyə Arriqo bildirib.
