“İnter”in yeni transferi Xerdan Şakiri maraqlı fikirlər səsləndirib.
Korner.az-ın məlumatına görə, isveçrəli futbolçu keçmiş klubu olan “Bavariya”dan ayrılma səbəbini dilə gətirib:
“Bavariya”da xoşbəxt deyildim. Orada tək narazıçılığım oyun təcrübəsinin azlığı idi. Yeni kluba yeni ümidlərlə gəlmişəm. “Bavariya”da öyrəndiklərimi “İnter”də tətbiq edəcəm. Ümid edirəm ki, kluba xeyrim dəyəcək”
Qeyd edək ki, “İnter” bundan başqa Lukas Podolskini də heyətinə qatıb.(sport1)
