Dünya şöhrətli müğənni Şakira Bakı səfərindən öncə xoşagəlməz hadisəylə üzləşib. Hal-hazırda "Barselona"nın müdafiəçisi Xerard Pikeylə eşq məcarası yaşayan müğənninin keçmiş sevgilisi Antonio de la Rua ona qarşı təzminat iddiası irəli sürüb.
Korner.az– ın məlumatına görə, Argentinanın eks prezidentinin oğlu Antonio de la Rua Şakiradan 45 milyon dollar tələb edib. Ruanın iddiasına görə, o vaxtiylə Şakiraya görə Hüquqşunaslıq karyerasından imtina edib və
belə də ona külli miqdar da gəlir gətirəcək müqavilələrdən məhrum olub.
Şakira 2011-ci ilin yanvarında mediaya açıqlama verərək Antoniyola olan münasibətlərə son qoyduğunu bəyan edib.
Ayrılıqdan sonra müğənni verdiyi müsahiblərdə 10 il bir yerdə olduğu Ruayla keçirdiyi zamanı həyatının ən xoş anları kimi qələmə verib. Lakin, ona qarşı məhkəmə iddiasından sonra daha xoş günlər haqda bir söz söyləmir.
Xatırladaq ki, Kolumbiyalı müğənni Pikeylə nişanlanıb və futbolçudan hamilədir.
Bu arada qərb mediasının yaydığı xəbərə görə, məhkəmə prosesi ilə əlaqadər olaraq müğənnin sentyabr ayında gedəcəyi turnelər təxirə salına bilər. Bu o deməkdir ki, dünya şöhrətli Şakiranı Bakıda görməyə bilərik.
