big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Şakir Qəribov: “Neftçi” gəncliyimiz, bugünümüz, sabahımızdı”

15.01.2021 , 18:25

Bu gün “Neftçi”nin veteran futbolçusu Şakir Qəribovun 65 yaşı tamam olur. 1956-cı ildə dünyaya gəlmiş müdafiəçi1978-1984, 1987-1988-ci illər ərzində “Neftçi”nin heyətində 219 oyun keçirib, 8 qol vurub. O, 2009-2010-cu illərdə komandamızın məşqçisi olub.

Korner.az xəbər verir ki, klubub rəsmi saytı “Neftçi” ailəsi adından veteran futbolçumuzu təbrik edib.

– Doğum gününüz mübarək, Şakir müəllim! Bu günü necə qeyd edəcəksiz?
– Çox sağ olun! Evdə, ailəmlə birlikdə qeyd edəcəm.

– İndiyədək ən yaddaqalan doğum gününüz, aldığınız ən yaddaqalan hədiyyə hansı olub?
– Ən yaxşı hədiyyə can sağlığı və ətrafında olan insanlardır. 60 illik yubileyim təntənəli oldu. “Neftçi” rəhbərliyini dəvət etmişdim. Bütün kollektiv, o cümlədən Müşahidə Şurasının sədri, hörmətli yazıçımız Çingiz Abdullayev, şura üzvü Bəhram Bağırzadə, klub prezidenti də gəlmişdi. Sağ olsunlar, yaxından iştirak edib “Neftçi” formasını hədiyyə etdilər. Amma yenə deyirəm, ən yaxşı hədiyyə insanların göstərdiyi diqqətdir.

– “Neftçi”nin heyətində 219 oyun keçirmisiz. Onların arasında hansı daha unudulmazdır?
– Bakıda Moskva “Spartak”ını 4:3 hesabı ilə məğlub etmişdik. Rəqib qapıda SSRİ yığmasının ulduzu Rinat Dasayev dayanmışdı. 4 top buraxmasına baxmayaraq, çoxlu sayda qurtarışlarına görə oyundan sonra “Spartak”ın ən yaxşısı kimi ona mükafat verirdilər, amma gəlib götürmədi. Buna görə azarkeşlərimiz onu fitə basdılar. Bizdən isə “ən yaxşı oyunçu” mükafatını biri qələbə qolu olmaqla Dasayevə iki qol vuran Səmədağa Şıxlarova verdilər.

– Müdafiəçi olsanız da, rəqib qapılarından 8 top keçirməyə imkan tapmısız. Sizin üçün ən unudulmazı hansıdır?
– Tbilisi “Dinamo”su ilə oyunlarda 3 qola imza atmışam. Bunlardan ikisini Tbilisidə, birini isə Bakıda vurmuşam. Səfərdə 2:1 qalib gəlmişdik. Həmin matçdakı qolum həm yaxşı alındığı, həm də qələbə qolu olduğu üçün unudulmazdır. Rəqib heyətinin əksəriyyəti yığmanın üzvləri idi. Kipiani, Daraseliya, Çivadze, Sulakvelidze, Qabeliya, Qutsayev, Şengeliya, Çelebadze kimi futbolçuları vardı. Stadionları 80 min azarkeş tuturdu. Futbolçular meydana çıxanda bir tərəfdən musiqi, digər tərəfdən də bütün azarleşlərin “Dinamo” deyə qışqırmasından başımız gicəllənirdi. Buna görə də “Dinamo”nu səfərdə məğlub etmək çox çətin idi.

– Yəqin ki, “Neftçi”nin oyunlarını izləyirsiniz. Hətta “Neftçi TV”nin canlı yayımında “Oyun günü” verilişinin qonağı da olmusuz…
– Bəli, “Zirə” ilə matçda “Neftçi TV” məni dəvət etmişdi. Demək olar, “Neftçi”nin “Bakcell Arena”dakı bütün oyunlarına baxıram.

– Ümumiyyətlə, “Neftçi” sizin üçün nə deməkdir?
– “Neftçi” doğma evimiz, doğma komandamızdır. Həyatımızın ən yaxşı vaxtlarını “Neftçi”də keçirmişik. “Neftçi” gəncliyimiz, bugünümüz, sabahımızdır.

Son yazılar

To Top