Saka “Arsenal”da qalır
19.02.2026 , 19:45
İngiltərənin “Arsenal” klubu İngiltərə millisinin üzvü Bukayo Sakanın müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə “topçular”ın mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi futbolçu ilə uzunmüddətli sözləşmə imzalayıb.
24 yaşlı vinger “Arsenal”ın yetirməsidir. Bu mövsüm Saka komandası ilə 34 oyunda meydana çıxaraq 8 qol vurub və 7 məhsuldar ötürmə edib.