Said El-Malaya “Barselona”dan transfer marağı
17.11.2025 , 14:45
“Barselona” Almaniya Bundesliqa təmsilçisi “Köln”də forma geyinən gənc yarımmüdafiəçi Said El-Malanın transferini nəzərdən keçirir.
Korner.az xəbər verir ki, 19 yaşlı futbolçunun çıxışı Kataloniya klubunun skautlarının diqqətini çəkib.
İspaniya nəhəngi Saidin transferinin 2025/26 mövsümünün sonunda reallaşdırılması ehtimalını dəyərləndirir. Onun hazırkı bazar dəyəri 18 milyon avro olsa da, “Köln” rəhbərliyi oyunçunu 30 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.
Gənc vinger cari Bundesliqa mövsümündə 10 matçda iştirak edib, 4 qola imza atıb və 1 assist edib. El-Mala həm məhsuldarlığı, həm də inkişaf potensialı ilə Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.