Şahruddinin komandasından heç-heçə
14.04.2024 , 11:05

Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Demirspor” öz meydanında “Kayserispor”u qəbul edib.
Görüş 0:0 hesalı heç-heçə ilə başa bitib.
Məhəmmədəliyev də bu matçda iştirak edib. O, meydana start heyətində çıxıb və sonadək oynayıb.
32 turdan sonra 40 xal toplayan “Adana Demirspor” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
