Şahruddin millinin heyətindən kənarlaşdırıldı
25.03.2025 , 10:57

Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Korner.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev zədə səbəbindən heyətdən çıxarılıb.
Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Qeyd edək ki, milli komandamız bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.
