Futbol

Şahruddin Məhəmmədəliyev Avropada hamını qabaqladı

26.03.2021 , 11:26

DÇ-2022-nin Avropa üzrə seçmə mərhələsinin I turundan sonra statistik göstəricilər açıqlanıb.

Korner.az xəbər verir ki, Azərbaycan millisinin heyətində yalnız Şahruddin Məhəmmədəliyev fərqlənə bilib. Portuqaliayaya qarşı matçda (0:1) 14 qurtarış edən qolkiper Avropada əlçatmazdı.

“Qarabağ”ın qapıçısının ən yaxın izləyicisi Cəbəllütariq yığmasının “1 nömrə”si Deyl Kilinqdi – 11 seyv. 3-cü sırada 10 qurtarışla san-marinolu Elia Benedettini qərarlaşıb.

Uğurcan Çakır (Türkiyə) və Stol Dimitrevski (Şimali Makedoniya) isə hərəyə 7 seyvlə 4-5-ci yerləri bölüşdürür.

Son yazılar

Yuxarı