Şahmatçılarımızın son cəhdi
05.10.2018 , 17:06

Bu gün Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulacaq
Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşacaq. Oyunlar Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.
Ümumdünya Şahmat Olimpiadası
XI tur
Kişilər
Serbiya – Azərbaycan
Duşan Popoviç – Teymur Rəcəbov
Miloş Roqanoviç – Arkadi Naydiç
Marko Neneziç – Rauf Məmmədov
Velimir İviç – Eltac Səfərli
A.Naydiçlə E.Səfərli ağ, T.Rəcəbov və R.Məmmədov isə ağ fiqurlarla oynayacaq.
Qadınlar
Vyetnam – Azərbaycan
Vo Thi Kim Funq – Günay Məmmədzadə
Fam Le Thao Nquen – Zeynəb Məmmədyarova
Thi Bao Tram Hoanq – Gülnar Məmmədova
Thi Mai Hunq Nquyen – Ülviyyə Fətəliyeva
Z.Məmmədyarova və Ü.Fətəliyeva ağ, G.Məmmədzadə və G.Məmmədova isə qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, kişilərin mübarizəsində 13 xalla 20-ci pillədə qərarlaşan millimiz medal qazanmaq şansını itirib. 15 xalla 7-ci pillədə yer alan qadınlardan ibarət komandamızın isə mükafatçılar sırasına düşmək şansı var.
