Şahmatçılarımız Olimpiadada qələbə qazanıb
27.09.2018 , 10:12

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında 3-cü turun oyunları keçirilib
Kişilərdən ibarət Azərbaycan millisi Sloveniya ilə üz-üzə gəlib. Qadın şahmatçılarımız İngiltərə ilə qarşılaşıb. Hər iki milli komanda rəqiblərini məğlub edib.
Azərbaycan – Sloveniya – 3.5:0.5
Şəhriyar Məmmədyarov – Yure Borişek – 0.5:0.5
Arkadi Naydiç – Matey Şebenik – 1:0
Rauf Məmmədov – Yure Şkoberne – 1:0
Eltac Səfərli – Boris Markoja – 1:0
Ş.Məmmədyarovla R.Məmmədov ağ, A.Naydiç və E.Səfərli isə qara fiqurlarla oynayıb.
İngiltərə – Azərbaycan – 1:3
Yovanka Quska – Günay Məmmədzadə – 1:0
Akşaya Kalayyalaxan – Zeynəb Məmmədyarova – 0:1
Dagne Çiukşite – Xanım Balacayeva – 0:1
Luiza Hed – Gülnar Məmmədova – 0:1
Z.Məmmədyarova ilə G.Məmmədova ağ, G.Məmmədzadə və X.Balacayev isə qara fiqurlarla oynayıb.
Qeyd edək ki, Azərbaycanın hər iki komandası ilk iki turda da qələbə qazanıb.
