big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Şahmat və pul: Beyin oyunu, yoxsa qumar? – YAZI

09.08.2016 , 08:11

“Əgər bir adam şahmat oynamırsa, deməli o hələ insan deyil. Sizə deyə bilərəm ki, şahmatda hər şey var. İnsan 4 metr uzunluğunda olsa belə, şahmat oynamalıdı. İndi mən sizdən soruşum, istəsəniz cavab verərsiz. İnsana baş niyə verilib? Mən deyim, niyə… İnsana baş şahmat üçün verilib”

Elyas Kanetti “Korluq”

“Pul duzlu su kimidi. Nə qədər çox içsən, o qədər çox susayarsan”…

Şahmat beyin oyunu olduğu kimi, çoxları tərəfindən qumar kimi də qəbul olunur. Burada gedən qarşılaşmaların qalibinə böyük məbləğdə pullar verilir. Bəs hansı hadisədən sonra şahmat bu qədər bahalı oyun oldu?

– Sizin üçün hansı önəmlidi – pul yoxsa şahmat? – belə sualı Robert Fişerə jurnalistlərdən biri verir.

Fişer qızarır, heç bir cavab vermir və jurnalistə tərəf 180 dərəcə çevrilir

Qrossmeyster Qufeld xatirələrində deyir: Fişer ötən əsrin ən vacib oyunu sayılan – Spasski ilə qarşıdurmadan az qala imtina edirdi. Onun məqsədi qalibə ayrılmış məbləğin (125 min dollar) iki qat artırılması idi. Bobbi pul hərisi deyildi. Onun məqsədi mükafat fondunu artırmaqla şahmata maraq yaratmaq idi. Ki, Reykyavikdəki oyundan cəmi bir neçə ay sonra Fişerə 10 milyon dollar dəyərində təklif gəlmişdi. Onun sadəcə adı reklam firmasında çəkiləcəkdi. Amma Fişer bu təklifi rədd etmişdi

Fişerin ən birinci hədəfi şahmat prestijnin dünyada artırılması idi. O buna görə Amerikada yüksək qonorarlarlı oyunlarda iştirak edirdi. Onun ən böyük özəlliyi də bu idi. Fişer şahmatı peşəkar səviyyəyə çatdırıb. O ilk əsl peşəkar şahmatçıdı. Deyə bilmərik ki, Fişerə qədər olanların hamısı həvəskar şahmatçılar idi. Amma həm sovet, həm də digər şahmatçılar dövlət tərəfindən dəstəyi komandaya görə alırdı. Fişer isə hər şahmatçıya fərdi qiymət verməyi təmin edib. Fişerdən sonraki nəsilə peşəkar nəsil deyə bilərik. Çünki bu dövrdən sonra gələn şahmatçıların əksəriyyəti fərdiyyət tərəfdarı idi. Bunu həm də Harri Kasparov təsdiq edir.

Fişer haqda xeyli yazılar, kitablar nəşr olunub. Amma “64” jurnalının 3-cü sayında yazılanlar hər kəsi təəccübləndirə bilər. Özünüz qiymət verin: 

“Bobbinin dünyaya gəlməsi, onun həyat hekayəsi, Spasski ilə ikinci görüşü onun dünyaya gəlməsindən 8 il öncə deyilib. 1935-ci ildə Vyanada Elyas Konettinin müəllifi olduğu “Korluq” romanı nəşr olunur. Bu roman heç bir səs yaratmadı, heç bir maraqla da qarşılanmadı. Amma yarım əsr sonra – 1981-ci ildə Nobel mükafatına layiq görüldü. Romanın qəhrəmanı Fişerle Amerikaya gedir və orada dünya çempionu olur:

“Fişerle indi uzaq diyara gedir. O, orada dünya çempionluğuna gedir və qalib gələnə qədər mübarizə aparır. Həmin günün sabahı bütün qəzetlər Fişerlenin şəklini çap edir. Qəzetlər öz oxucularını məlumatlandırmaq istəyir, amma “çempionun sirri”ni bilmirdilər. Sonraki gün 100 jurnalist Fişerledən açıqlama almaq üçün çalışır. Reportyorlar ona nəsə deyəcəyi halda 1000 dollar söz verir. Fişerle isə susurdu. Növbəti gün artıq 1000 reportyor Fişerdən açıqlama almağa çalışır. O isə cəmi bir cümlə deyir: – Cənablar, mən təssüf edirəm ki, məni hər yerdə Fişerle kimi tanıyırlar. Mənim soyadım Fişerdi! Siz bunu düzəldəcəksiz, ümid edirəm

Onlar düzəldəcəklərini söz verirlər və yalvarırlar ki, sadəcə bir iki kəlimə desin. “1000 dollar” bir nəfər qışqırır. “10 min!!” digərinin səsi çıxır. Üçüncü “100 min, cənab Fişer!”, – deyə qışqırır. “Hərrac” belə davam edir və bir nəfər 5 milyona qədər yüksəlir. Bundan sonra ətrafda sakitlik yaranır. Davam etmək istəyən isə tapılmır. (“Korluq” səh. 250-252)

Məlum olduğu kimi 1992-ci ildə Belqraddaki qarşılaşmanın mükafat fondu da məhz bu rəqəm idi. Robert Fişer bununla da şahmata kifayət qədər çoxlu pul cəlb etməyi bacarıb.

2008-ci il payız qarşıdurması – dünya çempionu Anand və Vladimir Kramnik arasında gedən oyunun mükafat fondu 1.5 milyon avro, 2010-cu ildə isə Anand – Topalov görüşünün mükafatı 2 milyon avro idi…

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top