big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Şahmat oyunu necə yarandı? – YAZI

14.07.2016 , 09:39

Şahmat öz mənşəyini 6-cı əsrin qədimi hind “çaturanqa” oyunundan götürüb, bu söz qədim sanskrit dilindən ”dörd qoşun bölməsi” kimi tərcümə olunur. 

Özbəkistanda ilk tapıntılar

Son dövlərdə, Özbəkistanın cənubunda – antik Şimali Baktriya ərazisində eramızın ikinci əsrinə aid qədim şahmat fiqurları aşkar edilib. Bunlar fil sümüyündən düzəldilmiş kiçik fil və zebu fiqurlarıdır ki, bu da şahmatın çaturanqa növünə aiddir. Bu isə onu sübut edir ki, qədim dövrlərdə Orta Asiya ərazisində şahmatın çaturanqa növü oynanılıb. Bu fiqurlar Hindistanda qorunan şahmat daşlarından da, Özbəkistanda tapılan, VII əsrə aid 7 fiqurdan ibarət dəstdən də qədimdir.

Özbək alimləri iddia edirlər ki, ölkənin cənub rayonlarını bu oyunun ikinci vətəni hesab etmək olar.

Alimlər belə hesab edir ki, Böyük İpək Yolu, ticarət, miqrasiya və tranzit yolları məhz Özbəkistan ərazisindən keçib. Şərq və Qərb sivilizasiyalarını birləşdirən Böyük İpək Yolu vasitəsilə şahmat Özbəkistana və digər dövlətlərə yayılıb.

Məlumdur ki, şahmatın vətəni Hindistan hesab edilir. Məhz burada taxtası qara və ağ kvadratlardan ibarət, dörd adamın oynadığı çaturanqa növü meydana gəlib.

Bu qoşun özündə piyada, süvarilər, fil dəstələri və cəng arabalarını (qədimdə: iki təkərli müharibə arabası) əhatə edir.

 

Öz növbəsində bu dəstlərə şahmatda piyada, at, fil və top fiqurları ilə təmsil olunur.

7-ci əsrdə bu oyun İrana gəlir və onun adı dəyişdirilərək “şahranc” olur. Şahmat sözü isə oyunun məhz fars dilli versiyasında əmələ gəlmişdir. Oyunçular rəqibin şahına həmlə etdikdə “Şah” (dövləti şah idarə etdiyinə görə(kral)) və “Şah mat” (fars dilində “şah öldü” deməkdir) deyirlər.

Ərəblərin şahmata töhvəsi 

Dünya tarixində böyük ənənələrə malik olan ərəblər də şahmatın formalaşmasına öz töhvələrini veriblər. Təxminən 6-7-ci əsrlərdə şahmatın bir növü olan şətrənc ərəblər tərəfindən mənimsənilməyə başlanıldı. Bu oyun ərəblərdə şətrənc, farslarda isə şatranq adı altında oynanılıb. Bu oyun Şərqi Ərəbistanda bəzi mütəxəssislərin vasitəsilə bir qədər də mükəmməlləşib. Qeyd edək ki, şətrəncdə iki nəfər iştirakçı bir-birinə qarşı mübarizə aparırdılar. Oyunçular görüşdə 2 fiqurdan istifadə edib. Sonralar oyunda istifadə olunan şahlardan biri vəzirlə əvəzlənib (bir sahədə dioqanal üzrə). Bəzi ixtisarlardan sonra gedişləri müəyyən edən zərlərdən tamamilə imtina edildi, gedişlər növbələşməyə başladı. Qalib bütün fiqurların məhvinə görə deyil, mat və pata görə, həmçinin şahla dueldə üstün olmaqla müəyyən edildi. Qeyd olunan son iki variant məcburi idi. Çaturanqanın qaydalarındakı kimi, zəif fiqurla rəqibi mat etmək hər zaman alınmırdı.

Tədricən bütün dünyanı özünə cəlb edən bu oyun bir müddət sonra taciklərə gəlib çatır. Asiyalılar ələ keçirdikləri şətrənci hökmranlıq etdikləri ərazilərdə şahmat ("Hökmdar məğlub edildi") adı altında təbliğ etməyə başladılar. Şətrənc adı altında bu intellektual oyun təxminən 550-ci ilə qədər yaşayıb. Bizim eranın 600-cü ilində farsların ədəbiyyat nümunəsi olan "Karnamuk" da şətrəncin adına rast gəlinir. Tarix öz səhifələrini dəyişdikcə, şahmat da öz yayılma arealını artırmağa başladı. Bu oyun şah saraylarında əsas əyləncə vasitəsinə çevrildi. 819-cu ildə Xorasanda (İran) Əlmamun xəlifəsinin sarayında o dövrün ən güclü 3 oyunçusu arasında qeyri-rəsmi turnir təşkil edilib. Həmin dövrün ən güclü zəka sahibləri – Cabir əl-Kufi, Əbülcəfər Ənsəri və Zəyrab Kətan öz bacarıqlarını nümayiş etdiriblər. Lakin təəssüf ki, onların arasında kimin qalib olması barəsində məlumat dövrümüzə gəlib çatmayıb. Qeyd edək ki, İranda şətrənc daha geniş təbliğ olunub. Bunun nəticəsidir ki, 847-ci ildə xəlifənin göstərişi ilə dövrün tanınmış alimlərindən biri Əl Əlli tərəfindən şahmat haqqında ilk kitab yazılıb.

 

Şahmat saatları necə yarandı?

Əvvəllər şahmat saatsız oynanılırdı. Bu zaman oyunçular oyunu saatlarla və günlərlə uzadır, öz rəqiblərini əldən salmağa çalışırdılar. 1851-ci ildə şahmat turniri zamanı hakim qeydə almışdı ki, partiya nəhayətdə oyunçuların hər iksinin yuxuya getməsinə görə yarımçıq qalaraq, başa çatmamışdı.

Bu hadisədən bir il ötdükdən sonra beynəlxalq turnirlərdə qum saatlarından istifadə edərək, vaxta nəzarət etməyə başladılar. 1883-cü ildə isə Tomas Uilson tərəfindən ilk mexaniki şahmat saatları yaradıldı.

 

 

Ardı var..

İlkin Məmmədov 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Son yazılar

To Top