big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Layihə

Şahmat Olimpiadası: finişin 3 addımlığında – LAYİHƏ

11.09.2016 , 09:30

Bakı Şahmat Olimpiadası tədricən finiş xəttinə yaxınlaşmaqdadır. Cəmi 3 turdan sonra bütün suallar cavabını tapacaq. Qaliblər, sürprizlər, uğursuzluqlar… Hər şey dəyərləndiriləcək və yerbəyer olacaq. Hələliksə, sona 3 tur qalmış, bir daha turnir cədvəlinə və yarışın geridə qalan hidssəsinə nəzər salaq.

Çinlilər azarkeşlərini məyus etdilər

Kişilərin turnirində ABŞ, Ukrayna və Hindistan triosu hərəyə 14 xal toplayaraq liderlər qrupunu təşkil edirlər.  Onları 13 xalla Rusiya, Azərbaycan-1 və Norveç kollektivləri təqib edirlər. Daha 11 komandanın isə aktivində 12 xalı var.

Olimpiadanın sürprizlərindən söz açmaq istəsək, ilk növbədə Hindistan şahmatçılarının hələ ki, uğurlu nəticələrini qeyd etməliyik. Asiyalılar Vişvanatan Anandın yoxluğunda belə keçirdikləri 8 görüşün 7-dən qalibiyyətlə ayrılıblar və yalnız amerikalılarla dueldə məğlubiyyətlə barışmalı olublar. 9-cu turdakı Ukrayna ilə oyun hər iki tərəfin yekun nəticəsinə cidii təsir göstərəcəyi şübhəsizdir.

Xoş sürprizlər mövzusunu davam etdirərək, İran şahmatçılarının 8 turdan sonra topladıqları 12 xalı və hələlik qərarlaşdıqları 11 pilləni qeyd etməliyik. Baxmayaraq ki, reytinq göstəricilərinə əsasən, cənub qonşularımız Olimpiada iştirakçıları arasında yalnız 46-cıdırlar. İranlılar 9-cu turda İngilətərə ilə üz-üzə gələcəklər. Bu, yəqin ki, onlar üçün Olimpiadanın ən ciddi sınağı olacaq. İran İngilətərədən heç olmasa 1 xal qopara bilsə, bunu özü üçün növbəti  uğur hesab edə bilər.

Amma kişilərin turnirində xoşagəlməz sürprizsiz də keçinmədi. Belə ki, Trömsedə keçirilən sonuncu Olimpiadanın qalibi və reytinq cədvəlinin 3-cüsü olan Çin 8 turdan sonra cəmi 10 xal toplamağı bacarıb. Şübhəsiz ki, çinlilərin dalbadal iki dəfə Olimpiadanın qalibi olmaq  planları artıq alt-üst olub. Ümumiyyətlə onların mükafatçılar sırasına düşməsi də faktiki mümkünsüzdür. Əgər 5-ci turda Çin şahmatçılarının ukraynalı həmkarlarına uduzmasına bir bəraət qazandırmaq mümkündürsə də, 7-ci turda İngiltərə, xüsusən də 8-ci turda Macarıstana məğlubiyyətlər sonuncu Olimpiadanın qalibinin Bakıya kifayət qədər hazırlıqlı gəlməməsinə bir sübutdur.

Azərbaycan şahmatçılarının çıxışı barədə. Gözlənildiyi kimi, komandamız medallar uğrunda mübarizənin tam ortasındadır. Beşinci turda Hindistana 1:3 hesablı məğlubiyyətə qədər idmançılarımız maksimal nəticə əldə etmişdilər. Lakin bu büdrəmədən sonra şahmatçılarımız psixoloji cəhətdən tam bərpa ola bilmədilər və Yunanıstan komandası ilə bacarmadılar – 2:2. Düzdü, növbəti turlarda xorvatiyalı və latviyalı həmkarlarını məğlub edən həmyerlilərimiz mübarizəni davam etdirir. Ancaq Yunanıstanla görüşdə itirilən xal yekunda çox acınacaqlı nəticələrə gətirib çıxara bilər.

Qeyd etmək lazımdır ki, nəzər saldığımız 2 uğursuz oyunda Arkadi Naydiçin aldığı 2 məğlubiyyətdən sonra növbəti 2 turda bu şahmatçımız artıq ehtiyatda qaldı. Hələlik, bu əvəzetməni müsbət qiymətləndirmək olar. Qarşıda isə Azərbaycan komandasını Rusiya ilə çətin görüş gözləyir (ruslar ABŞ millisi ilə xalları bölüb, Ukraynaya uduzub, qalan görüşlərdə isə qalib gəliblər). Ümid edirik ki, bu gün şahmatçılarımız qalib gələrək, medalllara doğru növbəti inamlı addım atacaqlar.

Qadın şahmatçılarımızdan xoş sürpriz

Qadınlar arasında keçirilən turnirdə hərəyə 14 xal toplamış Çin və ABŞ idmançıları öndədirlər. Onları 13 xalla Polşa və İsrail təqib edirlər. 8 kollektivin, o cümlədən də Azərbaycanın 1-ci komandasının aktivində 12 xal var.

Çinin liderliyi hələ Olimpiadadan öncə proqnozlaşdırılırdı. Xüsusən də reytinq birincisi olan asiyalıların son 3 Olimpiadada dalbadal 2-ci olması və çempionluq titulunun 1 addımlığnda dayanması Xou İfanın başçılıq etdiyi dəstəni bir qədər də ciddi rəqibə çevirirdi. Hələ ki, Çin komandası yalnız Rumıniya və Vyetnamla oyunlarda heç-heçə edərək xal itkisinə məruz qalıb.

ABŞ-ın liderlər tandemində yer alması, düzü, bir qədər gözlənilməzdir. Əlbəttə, reytinq xallarına görə 6-cı olan amerikalıları zəif adlandırmaq olmaz. Amma hər halda əksər proqnozlar Çinin Rusiya ilə duelindən söz açırdı. Ancaq ABŞ hələlik təəccübləndirməyi bacarır. Olimpiadada hamıdan çox – 7 qalibiyyət qazanan amerikalılar cəmi 1 oyunda (Ukrayna) məğlubiyyət acısı dadıblar. Bu uğur zolağı sona qədər davam edəcəkmi? Suala cavabı, yəqin ki, artıq bu gün keçiriləcək Çin-ABŞ görüşündən sonra qismən tapmaq olacaq. Qələbə faktiki olaraq 2 xal deməkdir və qalib çempionluğa doğru inamlı addım atacaq.

Polşa və İsrailin 3-4-cü yerləri bölüşdürməsi isə lap böyük sürpriz hesab edilə bilər. Xüsusən də heç vaxt qadın şahmatında aparıcı mövqelərdə olmayan israillilərin belə inamlı çıxışı təəccübləndirir. Bu 2 kollektiv 9-cu turda üz-üzə gəlir. Hər xal, hər gediş sonda medallara doğru atılan addım və ya ümidləri puç edən səhv ola bilər.

Olimpiadada ümidləri doğrultmayan komandalardan söz açsaq, ilk növbətə son 3 Olimpiadaların qalibi Rusiyanı göstərməliyik. Hələlik şimal qonşularımız liderlərdən 2 xal ayırır. Amma bu geriliyi qarşıdakı 3 tur ərzində aradan qaldırmaq çox çətin olacaq. Ruslar qalan görüşlərində maksimal nəticə əldə edərək digər əsas rəqiblərinin büdrəməsinə ümid bəsləməlidirlər. Bir sözlə, onların taleyi artıq öz əllərində deyil.

Digər bir uğursuz kollektiv isə Ukraynadır. Son 2 Olimpiadanın bürünc mükafatçıları turnirə inamla başlasalar da, son 3 turda 6 mümkün xaldan cəmi 2 xal qazanıblar. Ən azından yenidən “bürünc” əldə etmək üçün bu gün rəqibə qalib gəlmək lazımdır. Rəqib isə  Azərbaycanın 1-ci komandasıdır.

Həmyerlilərimizin 8 turdan sonra medallara iddialılar sırasınmda yer alması xoş bir sürprizdir. Açığı, heç kim komandamızdan medal gözləmirdi. Amma 8 turdan sonra yaranmış vəziyyətə nəzər saldıqda “niyə də yox?” sualını istər-istəməz veririk. Polşa və Almaniya kimi ciddi rəqibləri üstələyən idmançılarımızdan uğurun davamını gözləyirik. Ümid edirik ki, həm kişi, həm də qadın şahmatçılarımız doğma məkanda keçirilən bu mötəbər yarışın yekunuda azarkeşlərini sevindirə biləcəklər.

Yazı AFFA yanında Media Komitəsinin maliyyələşdirdiyi layihə  çərçivəsində işıqlandırılır

Son yazılar

To Top