“Just football” verilişinin daha bir buraxılışı izləyicilərinin ixtiyarına verilib. Rusca yayımlanan proqramın bu dəfəki qonağı isə hazırda işsiz olan məşqçi Şahin Diniyev olub.
Təcrübəli mütəxəssis verilişdə “Rəvan”dan istefa verməsinin səbəblərini açıqlayıb, eləcə də Azərbaycan Premyer Liqasında baş verən son hadisləri dəyərləndirib.
Şahin Diniyev Azərbaycanda, həmçinin Rusiyada klubların çox zaman baş məşqçi yox, komandanın prezidenti tərəfindən idarə olunduğunu deyib. Onun sözlərinə görə, Rusiyanın “Terek” klubunda baş məşqçi olduğu vaxt Çeçenistan prezidenti Ramzan Kadırov klubun daxili işlərinə müdaxilə edirmiş. Bu azmış kimi “Terek”in futbolçusu klubun bazasına, məşqə belində tapanca ilə gəzirmiş. Bütün bunları aşağıdakı linnkdən (videodan) izləyə bilərsiniz.