“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın XXXI turunda səfərdə “Sumqayıt”a 3:2 hesabı ilə qalib gəldikləri oyun haqda fikirlərini bildirib.
Korner.az-ın Sportal.az-a istinadən yaydığı xəbərə görə, Şadiniyev çətin işin öhdəsindən gəldiklərini bildirib:
“Avrokuboklara getmək üçün yaxşı şansımız var. Mövsümü medalla başa vurmaq istəyirik. Bu, bizim üçün tarix olacaq. “Sumqayıt” gözəl oyun nümayiş etdirir. Sadəcə, son nöqtəni qoya bilmirlər. Onlara uğurlar arzulayıram. 75 dəqiqə yaxşı oyun göstərdik. 3:1 hesabından sonra bir az müdafiəyə önəm göstərdik. Amma, qələbəni haqq edirdik”.
– Bu heyətlə avrokuboklarda nəyəsə ümid etmək olar?
– Bu komanda güclənməlidir. Büdcəmizə görə hərəkət etməliyik. Azarkeşlərimizə bunu hədiyyə etməliyik.
– Şahin Diniyevin adı “Neftçi” ilə hallanır…
– Mənim adıma xoşdur. Mənim ürəyim “Kəpəz”lə döyünür. Özünə hörmət edən məşqçi mövsümün ortasında başqa klubla danışıq aparmaz. Heçkimlə bu barədə danışmamışam. Ən böyük xoşbəxtlik odur ki, gəncəli azarkeşlər qələbəmizdən sonra sevinirlər.
