“Bugünki oyunda göstərdikləri əzmkar oyuna görə futbolçularıma öz təşəkkürümü bildirirəm. Keçən oyunda oyunçularım 45 dəqiqə fiziki cəhətdən hazır idilər. Bu oyunda 60-70 dəqiqə gözləyirdim, elə də oldu.
Korner.az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “Rəvan”ın baş məşqçisi Şahin Diniyev deyib.
Diniyev onu da qeyd edib ki: “Qalan dəqiqələr isə futbolçuların əzmkarlığından asılı oldu. Ona görə də onlara minnətdaram. Heyətimizdə alternativin olmaması əvəzetmələrdə çətinlik yaradırdı. Buna baxmayaraq, oyunçular öz əzmkarlığını göstərdilər”.